Erlinq Holand Norveçdə 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, "Mançester Siti"nin hücumçusu ardıcıl 5-ci dəfə bu mükafata layiq görülüb.
"Bu mənim üçün böyük və xoş mükafatdır, onu çox dəyərləndirirəm. Ardıcıl 5-ci dəfə ən yaxşı seçildiyim üçün fəxr hissi keçirirəm. Mənim üçün yaxşı il idi, sabit oynadım və qollar vurdum. Biz İngiltərə Premyer Liqası mükfatını qazandıq, bu fantastik nəticə idi", - deyə Holand mükafata münasibət bildirib.
Qeyd edək ki, 25 yaşlı ötən ildə "Mançester Siti"nin heyətində 45 oyund 38 qol vurub, 5 ötürmə edib. Holand 2024-cü ildə Norveç yığmasında rekorda imza atıb. O, millinin heyətində 39 oyunda 38-ci dəfə fərqlənib.
İdman.biz