"Mançester Yunayted"i tərk etməsi gözlənilən Markus Reşfordla daha bir klubun maraqlanması xəbəri yayılıb.
İdman.biz xəbər verir ki, "Monako" 27 yaşlı hücumçunu transfer siyahısına daxil edib.
Knyazlıq klubunun Markusa həftəlik 300 funt maaş ödəməyə hazır olduğu bildirilib. Reşfordla "Barselona", "Arsenal" kimi klublar da maraqlanır.
Qeyd edək ki, ingilis forvard bu mövsümdə 24 oyunda 7 qol vurub, 3 ötürmə verib.
İdman.biz