"Bizi sabah daha bir vacib final gözləyir. İlin ilk titulunu qazanmağa yaxınıq".
İdman.biz xəbər verir ki, bunu "Real"ın yarımmüdafiəçisi Federiko Valverde deyib.
Uruqvaylı futbolçu mövsümün startındakı çətinliklərdən sonra komandanın özünə gəldiyini bildirib: "Bir neçə çətin aydan sonra biz daha yaxşı oynayırıq və sabah özümüzəinamı təsdiq etmək üçün yaxşı imkanımız olacaq. Mənimlə baş məşqçi Karlo Ançelotti arasında hər hansı mübahisə yaşanmayıb. Nadir hallarda sosial şəbəkələrdən istifadə edirəm və həyat yoldaşımın oradakı mesajları mənim üçün sürpriz oldu. Məşqçimiz və sevgilim həmişə mənə yaxşı olmasını arzulayırlar, kiminsə tərəfində dura bilmərəm. Biz baş məşqçi ilə danışıb, hər şeyi aydınlaşdırdıq".
Qeyd edək ki, İspaniya Superkubokunun finalında "Real" "Barselona" il qarşılaşacaq. Oyun sabah 23:00-da start götürəcək.
İdman.biz