Türkiyə Super Liqasında növbəti istefa

Xəbərlər
13 Yanvar 2025 20:47
55
Türkiyə Super Liqasında növbəti istefa

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

İdman.biz xəbər verir ki, "Antalyaspor" Aleks de Souza ilə yollarını ayırıb.

Dünən çempionatın 19-cu turunda "Trabzonspor"a 0:5 hesabı ilə uduzan komandanın rəhbərliyi braziliyalı mütəxəssislə əməkdaşlığa son verib.

Qeyd edək ki, "Antalyaspor" 21 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

İdman.biz