"Real"ın Vinisius Juniorla bağlı apelyasiyası qəbul olunmayıb.
İdman.biz xəbər verir ki, braziliyalı futbolçunun 2 oyunluq diskvalifikasiyası qüvvədə qalıb.
Vinisius "Valensiya" ilə qarşılaşmada rəqib qapıçısına etdiyi hərəkərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Madridlilər bu qərarla razılaşmasalar da, onların tələbi qəbul olunmayıb. "Real"ın 15 gün ərzində İdman Adminstrasiya Məhkəməsinə müraciət etmək hüququ var.
Qeyd edək ki, 25 yaşlı futbolçu La Liqanın "Las-Palmas" və "Valyadolid"lə görüşlərində meydana çıxa bilməyəcək.
İdman.biz