"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola həyat yoldaşından boşanıb.
İdman.biz xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Məlumatda cütlüyün ötən il ayrıldıqları bildirilib. Bu xəbərdən yalnız onların yaxınları xəbər tutub və boşanmanın səbəbləri gizli saxlanılıb.
Pep və Kristinanın münasibətləri 1994-cü ildən başlayıb. 20 ildən sonra cütlüyün toy mərasimi olub.
Qeyd edək ki, Quardiolanın 3 övladı var.
İdman.biz