Dünya çempionu "Lion"da

Xəbərlər
15 Yanvar 2025 20:13
36
Dünya çempionu "Lion"da

"Lion" Argentina yığmasının yarımmüdafiəçisi Tyaqo Almadanı icarəyə götürüb.

İdman.biz xəbər verir ki, DÇ-2022-nin dünya çempionu mövsümün sonuna kimi komandada çıxış edəcək.

23 yaşlı futbolçu "Botafoqo"da "Lion"a keçib. Almada 2024-cü ildə Braziliya təmsilçisinin heyətində 26 oyunda meydana çıxıb.

Qeyd edək ki, Tyaqo "Botafoqo" ilə Libertadoras kubokunu qazanıb.

İdman.biz