"Bavariya" Alfonso Devislə yeni müqavilənin detallarında ortaq məxrəcə gələ bilməyiblər.
İdman.biz xəbər verir ki, tərəflər maaş məsələsində razılaşmayıblar.
Danışıqların final mərhələsində kanadalı futbolçunun agenti illik 20 milyondan yuxarı məvacib tələb edib. Bundan başqa, müdafiəçi bonuslar almaq istəyib. Amma bu istəklər "Bavariya"nın rəhbərliyini razı salmayıb. Əvvəlki razılaşmaya görə, Devis yeni müqaviləyə əsasən, 14-15 milyon maaş almalı idi.
Qeyd edək ki, Devisin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək. Onunla "Real" yaxından maraqlanır.
İdman.biz