"Mançester Yunayted" "Old Trafford" stadionunun yenilənməsi istiqamətində işləyir.
İdman.biz xəbər verir ki, texniki-iqtisadi işçi qrup təhlillərini yekunlaşdırıb.
Yenidən qurulma zamanı arenanın tamaşaçı tutumu 87 minə yüksələcək. Yeni stadionun tikintisi zamanı isə bu rəqəm 100 min olacaq. Rəhbərliyin hər iki variantı nəzərdən keçirmək üçün yaya kimi vaxtı var.
Klub azarkeşləri arasında aparılan sorğuya əsasən onların 90 faizi "Old Trafford"un dünyanın ən yaxşı stadionlarından birinə çevrilməsinin tərəfdarıdır.
İdman.biz