Neymar 65 milyon tələb edib

Xəbərlər
20 Yanvar 2025 20:31
17
Neymar 65 milyon tələb edib

Braziliyalı ulduz Neymarın "Əl-Hilal"ı sərbəst agent kimi tərk etmək ehtimalı var.

İdman.biz xəbər verir ki, tərəflər müqavilənin xitam verilməsini müzakirə edirlər.

Braziliya mətbuatı Neymarın klubun 65 milyon avrodan imtina təklifini rədd etdiyini yazıb. Əgər "Əl-Hilal" futbolçu ilə razılıq əldə edə bilməsə, bu məbləğin bir neçə ay ərzində ödənilməsinə çalışacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Neymarın icarə əsasında "Santos"a keçəcəyi xəbərləri yayılıb. Amma ərəblər onun müqavilənin pozulmasına çalışırlar. Ulduz futbolçu ilyarım ərzində cəmi 3 oyunda meyda çıxıb.

İdman.biz