Joze Mourinyo "The Special One" qırmızı şərabının istehsalına başlayıb.
İdman.biz xəbər verir ki, içkinin 1 şüşəsi 120 avro dəyərindədir.
61 yaşlı müətəxəssis sosial şəbəkə hesabında paylaşım edərək, şərabın doğma Portuqaliyanın müxtəlif bölgələrinin məhsullarından xüsusi hazırlandığını bildirib.
Qeyd edək ki, Mourinyo hazırda "Fənərbaxça"nın baş məşqçisi vəzifəsini tutur.
İdman.biz