"Lion"un yarımmüdafiəçisi Rayan Çerki karyerasını Almaniyada davam etdirə bilər.
İdman.biz xəbər verir ki, "Bavariya" 21 yaşlı futbolçunu heyətində görmək arzusundadır.
Maliyyə problemləri ilə üzləşən "Lion" Rayanın 22-23 milyon avroya satmağı planlaşdırıb. Münhen klubunun əsas transfer hədəfi "Borussiya"da çıxış edən Ceymi Gittensdir. "Bavariya" istəyinə çatmasa, Çerki ilə güclənəcək.
Qeyd edək ki, fransalı futbolçu 2024/2025 mövsümündə 14 oyunda 3 qol və 3 ötürmə ilə yadda qalıb.
İdman.biz