Amorim klubun televizorunu zədələyib

Xəbərlər
21 Yanvar 2025 19:51
52
Amorim klubun televizorunu zədələyib

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın soyunub-geyinmə otağındakı televizoru zədələyib.

İdman.biz xəbər verir ki, hadisə "Brayton"la qarşılaşmadan sonra yaşanıb.

İngiltərə Premyer Liqasının 22-ci turunda öz meydanında 1:3 hesabı ilə uduzan "qırmızı şeytanlar"ın çalışdırıcı əsəbini televizordan çıxıb. Taktiki gedişlərin nümayiş olunduğu cihazın təmirə ehtiyacı olduğu bildirilib.

Qeyd edək ki, "Mançester Yunayted" Amorimin rəhbərliyi ilə 10 oyunun 3-də qələbə qazanıb, 2-də heç-heçə oynayıb, 5-də isə uduzub.

İdman.biz