"Milan" portuqaliyalı hücumçu Joao Feliksin transferində maraqlıdır.
İdman.biz xəbər verir ki, futbolçunun çıxış etdiyi "Çelsi" ilə danışıqlara start verilib.
Milanlıların bu keçidə görə 35-40 milyon avro ödəmək niyyətində olduqları bildirilib. Amma bu təklif "Çelsi"ni razı salmayıb. "Milan"ın digər variantı Feliksi transfer şərti ilə mövsümün sonuna kimi icarəyə götürməkdir.
Qeyd edək ki, "Fənərbaxça"da Feliksi heyətində görmək arzusundadır. O, bu mövsümdə 20 oyunda 7 qol vurub, 2 ötürmə ilə yadda qalıb.
İdman.biz