"Bavariya" ingilis futbolçu ilə danışıqlara start verib

Xəbərlər
22 Yanvar 2025 00:49
23
"Bavariya" ingilis futbolçu ilə danışıqlara start verib

"Bavariya"nın yayda ilk transfer hədəfi bəlli olub.

İdman.biz xəbər verir ki, Dortmund "Borussiya"sından Ceymi Gittensə danışıqlara start verilib.

Münhen klubu ingilis futbolçunun menecerinə ilkin təkliflə müraciət edib. Komandanın baş məşqçisi Vinsen Kompani Gittensin transferinə müsbət rəy verib. Ceyminin dəyəri 50 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, gənc yarımmüdafiəçi Bundesliqada forma geyindiyi 18 oyunda 7 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz