"Qalatasaray"a məxsus Vilfred Zaha karyerasını ABŞ-də davam etdirəcək.
İdman.biz xəbər verir ki, afrikalı hücumçu icarə əsasında "Şarlott"da çıxış edəcək.
32 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. Razılaşmaya əsasən "Şarlott"a bu ilin dekabrında müddətin artırılması ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Vilfred Zaha mövsümün ilk hissəsini icarə əsasında "Lion"da keçirib.
İdman.biz