Arauxo daha 7 il "Barselona"da

Xəbərlər
23 Yanvar 2025 22:52
125
Arauxo daha 7 il "Barselona"da

"Barselona" Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, razılaşma 2031-ci il iyunun sonuna kimi nəzərdə tutulub.

Müqaviləsi mövsümün sonunda bitəcək 25 yaşlı mərkəz müdafiəçinin "Yuventus"a keçmə ehtimalı meydana gəlmişdi. Uruqvaylı futbolçu sonda "Barsa"da qalmağa qərar verib.

Qeyd edək ki, Ronald 2018-ci ildən "Barselona"da çıxış edir. Zədədən əziyyət çəkən Arauxo bu mövsümdə 2 oyunda meydana çıxıb.

İdman.biz