Braziliya milli komandasının sabiq üzvü Felipe Melo karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Felipe Melo karyerasına "Flamenqo"nda başlayıb. O, "Kruzeyro", "Qremio", "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray", "İnter" və "Palmeyras"da çıxış edib.
Melo bu müddətdə Türkiyə Super Liqası (3), Türkiyə Super Kuboku (3), Türkiyə Kuboku (2), Libertadores Kuboku (3), Sudamerikana (1),Braziliya A Seriyası (2), Braziliya Kuboku (2), Klublararası Dünya Çempionatının (1) qalibi olub. O, Braziliya yığmasının heəytində keçirdiyi 22 rəsmi matçda 2 qol vurub.
İdman.biz