Braziliyalı hücumçu Antoni mövsümün sonuna kimi "Betis"də çıxış edəcək.
İdman.biz xəbər verir ki, bu barədə Sevilya klubu rəsmi açıqlama yayıb.
24 yaşlı futbolçu "Mançester Yunayted"dən icarəyə götürülüb. "Qırmızı şeytanlar"ın heyətinə düşə bilməyən Antoni "Betis"in formasını geyinəcək.
Qeyd edək ki, barziliyalının "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə cəmi 14 oyunda forma geyinib və 1 qolla yadda qalıb.
İdman.biz