Luis de la Fuenta İspaniya futbol yığması ilə müqavilənin müddətini artırıb.
İdman.biz xəbər verir ki, bu barədə ölkə futbol federasiyası məlumat yayıb.
Tərəflər arasındakı yeni razılaşma 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonuna kimi nəzərdə tutulub. La Fuenta "matadorlar"a 2022-ci ilin dekabrından başçılıq edir. İspaniya millisi onun rəhbərliyi ilə AVRO-2024-ün qalibi olub.
Qeyd ki, 64 yaşlı mütəxəssis bu vəzifədə Luis Enrikeni əvəzləmişdi.
İdman.biz