"İnter"in baş məşqçisi Simone İnzagi A Seriyasının tarixinə düşüb.
İdman.biz xəbər verir ki, Milan klubu onun rəhbərliyi altında İtaliya çempionatlarında 200-cü qələbəsini qazanıb.
48 yaşlı mütəxəssis bu uğura 332 matçda nail olub. İnzagi bu nəticə ilə Massimilano Alleqrinin (338 oyun) göstəricisini geridə qoyaraq, yeni rekordçu olub.
Qeyd edək ki, "İnter" A Seriyasının 22-ci turunda səfərdə "Leççe"yə 4:0 hesabı ilə qalib gəlib.
İdman.biz