"Əl-Nəsr"in Viktor Bonifase ilə bağlı "Bayer"lə ortaq məxrəcə gəldiyi xəbərləri yayılıb.
İdman.biz xəbər verir ki, nigeriyalı hücumçu 60 milyon avroya transfer olunacaq.
Dünən Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso da tərəflər arasında danışıqlar getdiyini təsdiqləyib. Viktorun Səudiyyə Ərəbistanı klubunda ilə 15 milyon qazanması gözlənilir.
Qeyd edək ki, Bonifasenin "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsümdə 15 oyunda 8 qol və 1 ötürmə ilə yadda qalıb.
İdman.biz