Adeyemi "Borussiya"dan getmək istəmir

Xəbərlər
29 Yanvar 2025 18:21
75
Adeyemi "Borussiya"dan getmək istəmir

Karim Adeyemi "Borussiya"nı (Dortmund) tərk etmək niyyətində deyil.

İdman.biz xəbər verir ki, onun karyerasını İtaliyada davam etdirmək imkanı var.

"Napoli" Adeyeminin transferi üçün "sarı-qaralar"a 52,5 milyon avro ödəməyə hazırdır. Neapollular Karimə PSJ-yə keçən Xviça Kvaratsxeliyanın əvəzedicisi kimi baxırlar. Amma 23 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Adeyeminin "Borussiya" ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə Bundesliqada 10 oyunda 2 qol vurub, 3 ötürmə verib.

İdman.biz