"Barselona"nın Yamalla bağlayacağı müqavilənin vaxtı dəqiqləşib

Xəbərlər
1 Fevral 2025 00:49
31
"Barselona"nın Yamalla bağlayacağı müqavilənin vaxtı dəqiqləşib

"Barselona" Lamin Yamalla yeni müqavilə bağlayacağı zaman bəlli olub.

İdman.biz xəbər verir ki, iyulun 13-də futbolçunun 18 yaşı tamam olduqdan sonra imzalar atılacaq.

Gənc ulduzun illik məvacibi 7-8 milyon avro təşkil edəcək. Bununla da, Yamal komandada Roberto Levandovski və Frenki de Yonqdan sonra ən çox qazanacaq 3-cü futbolçu olacaq.

Qeyd edək ki, Laminin "Barsa" ilə qüvvədə olan müqaviləsi 2026-cı ildə bitəcək. O, bu mövsümdə 28 oyunda 10 qol vurub, 12 ötürmə verib.

İdman.biz