Salah 6-cı pillədə və 5-ci dəfə mövsümdə 20 qol

Xəbərlər
1 Fevral 2025 21:08
19
Salah 6-cı pillədə və 5-ci dəfə mövsümdə 20 qol

"Liverpul"un hücumçusu Mohamed Salah İngiltərə Premyer Liqasında 178 qol vurub.

İdman.biz xəbər verir ki, o, ən sərrast futbolçular siyasında 6-cı pilləyə yüksəlib.

"Bornmut"la görüşdə penalti zərbəsindən hesabı açan Salah Frenk Lempardı (176 qol) arxada qoyub. İkinci hissədə daha bir dəfə fərqlənən misirli forvard siyahıda Serxio Aquero (184 qol), Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alam Şirerdən (280) geri qalır.

Bundan başqa, Mohamed Premyer Liqada 5-ci dəfə bir mövsümdə 20 qol vurmağı bacarıb. Ondan əvvəl Alan Şirer (7 dəfə), Serxio Aquero və Harri Keyn (6 dəfə), Tyerri Anri isə (5 dəfə) bu uğura nail olub.

İdman.biz