Dembele PSJ-nin tarixində

Xəbərlər
1 Fevral 2025 22:41
32
Dembele PSJ-nin tarixində

Usman Dembele PSJ-nin tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, komandanın heyətində ardıcıl iki oyunda het-trik edən ilk futbolçu olub.

Dembele üç gün əvvəl Çempionlar Liqasında "Ştutqart" (4:1) və bu gün isə Fransa çempionatında "Brest"in (5:2) qapısından 3 top keçirib.

Qeyd edək ki, bu qələbədən sonra PSJ Fransa çempionatında 20 oyundan sonra 50 xalla ilk pillədə qərarlaşıb.

İdman.biz