"Real" İspaniya Kral kubokunda yarımfinala yüksəlib.
İdman.biz xəbər verir ki, Madrid klubu 1/4 finalda səfərdə "Leqanes"lə qarşılaşıb.
Oyun 3:2 hesabı ilə yekunlaşıb. "Real" qələbə topunu 90+3-cü dəqiqədə vurub.
Qeyd edək ki, mərhələnin ilk matçında "Atletiko" 5:0 hesabı ilə qələbə qazanb.
İspaniya Kral kuboku
1/4 final
"Leqanes" - "Real" - 2:3
İdman.biz