İngiltərə Liqa kubokunda ilk finalçı bəlli olub.
İdman.biz xəbər verir ki, yarımfinalın cavab matçında "Arsenal" "Nyukasl"ın qonağı olub.
Səfərdəki ilk görüşdə 2:0 qələbə qazanan "sağsağanlar" doğma azarkeşlər uğurlu çıxış ediblər. Onlar "Arsenal"ı eyni hesabla məğlub ediblər. Bu nəticə "Nyukasl"ı turnirdə ilk finalçı edib.
Qeyd edək ki, mərhələnin digər cütünün ilk oyununda "Tottenhem" "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib.
İngiltərə Liqa kuboku
Yarımfinal, cavab oyunu
"Nyukasl" - "Arsenal" - 2:0
İlk oyun - 2:0