"Real"ın baş məşqçisi Karlo Ançelotti Luka Modriç və Vinisius Junior arasında yaşanan qalmaqala münasibət bildirib.
İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis xorvatiyalı futbolçunun tərəfini saxlayıb.
İspaniyanın AS nəşrinə açıqlamasında Ançelotti belə deyib: "Modriçin nə dediyini bilmirəm. Amma Lukanın dediklərini həmişə etmək lazımdır".
Qeyd edək ki, Kral kubokunun 1/4 finalında "Leqanes"lə görüşdə Vinisius künc zərbəsi zamanı komandaya kömək etmədiyinə görə, Modriçin qəzəbinə tuş gəlib. Meydanda onlar arasında anlaşılmazlıq yaşanıb.
İdman.biz