Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə əməkdaşlıq etmək arzusunu itirməyib.
İdman.biz xəbər verir ki, ölkə mətbuatın italiyalı mütəxəssislə növbəti dəfə əlaqə saxlanıldığını yazıb.
Konfederasiya rəhbərliyi Ançelottinin DÇ-2026-nın sonuna kimi Braziliya yığmasında başçılıq etməsini təklif edib. Onlar 65 yaşlı məşqçiyə maya kimi düşünməyə vaxt veriblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması da Karlo ilə maraqlanır. Onlar təcrübəli mütəxəssisə 20 milyon avro ödəməyə hazırdırlar.
İdman.biz