PSJ braziliyalı Vinisius Juniorla qeyri-rəsmi danışıqlara start verib.
İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Real"ın yeni müqavilə təklifini müsbət cavablamayan 24 yaşlı hücumçunun yayda Madridi tərk etməsi ehtimal olunur. Braziliya yığmasının futbolçusu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
Qeyd edək ki, Vinisiusun "Real"la müqaviləsi 2027-ci ilin yayında bitəcək.
İdman.biz