Türkiyə 1-ci Liqasında çıxış edən Azərbaycanlı futbolçu Vüsal İsgəndərli baş məşqçisiz qalıb.
İdman.biz xəbər verir ki, "Boluspor" Arif Ufuk Kahramanla yollarını ayırıb.
Çempionatda son 3 oyunda qələbə qazana bilməyən Bolu təmsilçisi 23 turdan sonra 33 xalla 9-cu pillədə qərarlaşıb. Ufuk Kahraman mövsümün 5-cu turunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun başçılığı ilə "Boluspor" 19 qarşılaşmanın 8-də qalib gəlib, 7-də uduzub, 4-də isə heç-heçə oynayıb.
Qeyd edək ki, Vüsal 44 yaşlı mütəxəssisin rəhbərliyi dövründə əsas heyətə düşməkdə çətinlik çəkib. O, əsasən sonradan meydana daxil olub.
İdman.biz