"Arsenal" hücumçusu Kay Haverts üçün mövsüm bitib.
İdman.biz xəbər verir ki, almaniyalı futbolçu zədə üzündən meydana çıxa bilməyəcək.
Haverts Dubayda keçirilən məşqdə zədələnib. Onun əməliyyat olunub-olunmayacağı dəqiqləşməyib.
Qeyd edək ki, Kay bu mövsümdə 34 oyunda 15 qol vurub. 5 ötürmə edib. O, 2023-cü ildən "Arsenal"da çıxış edir.
İdman.biz