Qətərdən Fransaya narazılıq: PSJ-dən imtina oluna bilər

Xəbərlər
13 Fevral 2025 21:23
78
Qətərdən Fransaya narazılıq: PSJ-dən imtina oluna bilər

Qətər PSJ-yə sərmayə yatırmaqdan imtina edə bilər.

İdman.biz xəbər verir ki, buna səbəb klubun pezidenti Nasser Al-Xelaifinin Fransada ittiham olunmasıdır.

Fransa mətbuatı qətərli iş adamının səslərin satın alınması və səsvermə azadlığına müdaxilə, habelə Fransanın Laqardere şirkətinin zərərinə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edildiyini yazıb. Qətərdə bu məsələdən narahat olunduğu və PSJ-yə yatırılan sərmayədən imtina edilə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Qatar Sports Investments" şirkəti 2011-ci ildən Paris klubunun səhmlərinin 87,5%-nə sahibdir.

İdman.biz