Şçesnı daha 1 il "Barselona"da qalacaq

Xəbərlər
14 Fevral 2025 22:30
94
Şçesnı daha 1 il "Barselona"da qalacaq

Qapıçı Voytsex Şçesnının "Barselona"dakı gələcəyi bəlli olub.

İdman.biz xəbər verir ki, klubun idman direktoru Deku polşalı qolkiperin daha bir komandada qalmaq ehtimalının yüksək olduğunu deyib.

"Barselona"nın rəsmisi Voytsexlə bu məsələni gələcəkdə müzakirə edəcəklərini və onun xidmətindən daha 1 il istifadə etmək niyyətində olduqlarını bildirib. Deku hər şeyin 34 yaşlı qapıçının verəcəyi qərardan asılı olacağını vurğulayıb.

Qeyd edək ki, ötən yayda karyerasını bitirən Şçesnı oktyabrda "Barselona"nın təklifini qəbul edib. O, 9 oyunda komandanın qapısını qoruyub.

İdman.biz