"Roma" "Portu" ilə oyunun hakimindən şikayət edəcək

Xəbərlər
15 Fevral 2025 18:24
74
"Roma" "Portu" ilə oyunun hakimindən şikayət edəcək

"Roma" Avropa Liqasında "Portu" ilə oyunun hakimindən UEFA-ya rəsmi şikayət edəcək.

İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi səfərdə keçirilən ilk oyunu idarə edən Tobias Ştilerdən narazı qalıb.

Görüşdən sonra komandanın baş məşqçisi Klaudio Ranyeri də almaniyalı ədalət təmsilçisindən şikayətlənib. O, Ştilerin "Portu"nun qələbəsi üçün əlindən gələni etdiyini deyib. İtaliyalı mütəxəssis UEFA Hakimlər Komitəsinə rəhbəlik edən həmyerlisi Roberto Rozettini də tənqid edib.

Qeyd edək ki, Portuqaliyada keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşıb. Cavab matçı fevralın 20-də Romada olacaq.

İdman.biz