Vinisius Portuqaliyada klub səhmdarı olub

Xəbərlər
17 Fevral 2025 22:56
111
Vinisius Portuqaliyada klub səhmdarı olub

"Real"ın futbolçusu Vinisius Juniors Portuqaliyanın "Alverka" klubunun səhmdarı olub.

İdman.biz xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

Portuqaliya 2-ci divizionunda çıxış edən klub Juniorun da daxil olduğu braziliyalı və ispaniyalı səmdarların nəzarətinə keçib. Xəbərdə 10 milyon avroluq satışın həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, "Alverka" 22 turdan sonra turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

İdman.biz