"Valyadolid" baş məşqçi ilə vidalaşıb

Xəbərlər
18 Fevral 2025 00:56
119
"Valyadolid" baş məşqçi ilə vidalaşıb

İspaniya La Liqasında "Valyadolid" baş məşqçisini istefaya göndərib.

İdman.biz xəbər verir ki, uğursuz nəticələrdən sonra Dieqo Kokka ilə yollar ayrılıb.

Klub rəhbərliyi doğma azarkeşlər qarşısında "Sevilya"ya 0:4 hesablı məğlubiyyətdən sonra bu addımı atıb. Komanda sont 8 oyunda 7 dəfə meydanı xalsız tərk edib.

Qeyd edək ki, argentinalı mütəxəssis 2023-cü ildən "Valyadolid" baş məşqçisi olub. Komanda 24 turdan sonra 12 xalla sonuncu pillədə qərarlaşıb.

İdman.biz