"Mançester Siti"nin yeni transfer hədəfi bəlli olub.
İdman.biz xəbər verir ki, İngiltərə çempionu "Bayer"in futbolçusu Florian Virtslə güclənmək arzusundadır.
Komandanın baş məşqçisi Pep Qvardiola almaniyalı yarımmüdafiəçinin transfer edilməsini istəyir. Floriana yayda müqaviləsi bitəcək Kevin De Bruynenin əvəzedici kimi baxılır.
Qeyd edək ki, Virts bu mövsümdə bütün turnirlərdə 35 oyunda 15 qol və 12 ötürmə yadda qalıb. O, "Bayer"in heyətində Almaniya çempionu titulunu qazanıb.
İdman.biz