"Napoli"nin prezidenti Aurelio De Laurentis maliyyə fırıldağında günahlandırılır.
İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
2019-cu ildə Kostas Manolasın "Roma", 2020-ci ildə isə Viktor Osimhenin "Lill"dən transferləri zamanı "Napoli"nin düzgün maliyyə sənədləri təqdim etmədiyi sübuta yetirilib. Nəticədə Roma prokuraturası De Laurentisin klubdakı sağ qolu Andera Kiavellinin həbsini tələb edib. Bundan sonra prezidentin də araşdırmalara cəlb oluna biləcəyi irəli sürülüb.
Qeyd edək ki, De Laurentisin vəkili açıqlamasında hər hansı qanunsuzluğa yol verilmədiyini bildirərək, hadisələri diqqətlə izlədiklərini deyib.
İdman.biz