"Arsenal"ın futbolçusu dizindən təkrar əməliyyat olunub

Xəbərlər
19 Fevral 2025 19:18
95
"Arsenal"ın futbolçusu dizindən təkrar əməliyyat olunub

"Arsenal"ın futbolçusu Takehiro Tomiyasu növbəti dəfə əməliyyat olunub.

İdman.biz xəbər verir ki, o, mövsümün sonuna kimi meydana çıxa bilməyəcək.

Tomiyasu təkrar cərrah müdaxiləsinə ehtiyac duyub. O, yayda dizindən əməliyyat olunsa da, yenidən problem hiss edib. Nəticədə yaponiyalı yarımmüdafiəçinin 2025-ci ilin sonuna kimi bərpa prosesi keçəcəyi bildirilib.

Qeyd edək ki, bu mövsümdə Takehiro cəmi 6 dəqiqə meydanda olub. O, oktyabrda "Sautgempton"a qarşı görüşdə meydana çıxıb.

İdman.biz