Luis Dias "Barselona"nı arzulayır

Xəbərlər
19 Fevral 2025 21:14
98
Luis Dias "Barselona"nı arzulayır

"Liverpul"un hücumçusu Luis Dias karyerasını davam etdirmək istədiyi klubu açıqlayıb.

İdman.biz xəbər verir ki, kolumbiyalı futbolçu "Barselona"nı arzulayır.

O, bu barədə kataloniyalıların idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. "Barselona"nın yayda əsas transfer hədəfinin Dias olduğunu açıqlayıb. Luisin qiyməti 85 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, 28 yaşlı hücumçu 2022-ci ilin yanvarından "Liverpul"da oynayır. O, bu mövsümdə 35 matçda 13 qol vurub, 3 qol ötürməsi verib. Diasın klubla müqaviləsi 2027-ci ilin yayında bitəcək.

İdman.biz