"Barselona" ilə Frenki de Yonq arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar yaya kimi təxirə salınıb.
İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu Marka nəşri məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçinin meneceri ilə "Barsa"nın idman direktoru Deku arasındakı müzakirələr uğursuz yekunlaşıb. Tərəflər yayda yenidən bu məsələ ilə bağlı danışıqlara start verəcəklər. Əgər Frenki ilə razılıq əldə olunmasa, o, satışa çıxarılacaq.
Qeyd edək ki, de Yonqun klubla müqaviləsi gələn ilin yayında bitəcək.
İdman.biz