22 yaşlı müdafiəçi "Real"ın diqqət mərkəzində

Xəbərlər
20 Fevral 2025 23:09
55
22 yaşlı müdafiəçi "Real"ın diqqət mərkəzində

"Real" İngiltərə Premyer Liqasından müdafiəçi transfer edə bilər.

İdman.biz xəbər verir ki, Madrid klubu "Everton"da oynayan Cerred Brentuetlə maraqlanır.

22 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avro dəyərləndirilir. Cerredi diqqətlə izləyən "Real" yayda gənc futbolçunun keçidini həll etməyi planlaşdırır.

Qeyd edək ki, Brentuetin "Everton"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, bi mövsümdə 21 oyunda bir ötürmə ilə yadda qalıb.

İdman.biz