"Milan"ın cinah hücumçusu Rafael Leao "Çelsi"nin maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.
"Rossoneyerilər"in bu mövsümdə arzuolunan səviyyədə çıxış etməyən 25 yaşlı futbolçunu satması gözlənilir. Leao üçün 80 milyon avro transfer məbləği tələb ediləcək.
Qeyd edək ki, Rafael bu mövsümdə 35 oyunda 9 qol və 8 ötürməlik nəticə göstərib. Onun "Milan"la 2028-ci ilin yayına kimi müqaviləsi var.
İdman.biz