Şotlandiya təmsilçisi "Reyncers"in yeni baş məşqçisinin adı açıqlanıb.
İdman.biz xəbər verir ki, komandaya Berri Ferqyusson başçılıq edəcək.
Ölkə çempionatının son turunda "Sent Mirren"ə məğlubiyyətdən sonra Filip Klemenlə yollar ayrılıb. 27 oyundan sonra 56 xal toplayan "Reyncers" lider "Seltik"dən 13 xal geri qalır. 47 yaşlı Berri ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ferqyusson futbolçu karyerası ərzində 10 il "Reyncers"in (1997-2003, 2005-2009) formasını geyinib.
İdman.biz