Argentinalı ulduz Lionel Messidən avtoqraf alan hakim cəzalandırılıb.
İdman.biz xəbər verir ki, Marko Antonio Ortis Nava 6 aylıq diskvalifikasiya olunub.
Hadisə KONKAKAF Çempionlar Liqasında "İnter Mayami" - "Kanzas Siti" (1:0) matçından sonra baş verib. Oyundan sonra meksikalı hakim Messiyə yaxınlaşaraq, xəstə qohumu üçün imza istəyib. Turnirin təşkilatçıları hakimi bu davranışına görə cəzalandırıblar. Amma Nava Meksika çempionatının oyunlarını idarə edə biləcək.
Qeyd edək ki, Antonio Ortis karyerası ərzində 381 matçda ədaləti qoruyub.
İdman.biz