Valeri Karpin "Rostov"un baş məşqçisi vəzifəsini tərk edib.
İdman.biz xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
Komandaya Karpinin köməkçisi Conatan Alba başçılıq edəcək. "Rostov" Rusiya Premyer Liqasında 26 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 56 mütəxəssis bundan sonra Rusiya yığmasının baş məşqçi vəzifəsindəki işinə davam edəcək.
İdman.biz