FIFA Türkiyənin "Adana Demirspor" klubunu növbəti dəfə cəzalandırıb.
İdman.biz Türkiyə Futbol Federasiyasına (TFF) istinadən xəbər verir ki, Super Liqa təmsilçisinin 6 xalı silinib.
Bu Adana təmsilçisinin 2024/2025 mövsümündə FIFA-dan aldığı ikinci cəzadır. Bundan qabaq ali futbol qurumu klubun 3 xalını silmişdi.
Qeyd edək ki, "Adana Demirspor" "Qalatasaray"la oyunda meydanı tərk etdiyinə görə, Türkiyə Futbol Federasiyası tərəfindən də 3 xal cərimələnib. Super Liqanın sonuncu pilləsində qərarlaşan komandanın xalı -3-ə düşüb.
İdman.biz