FIFA "Barselona"ya Viktor Rokenin satışına icazə verib.
İdman.biz xəbər verir ki, 19 yaşlı hücumçu "Palmeyras"la danışıqlar aparır.
FIFA-nın Oyunçuların Transfer Statusuna əsasən İspaniya Futbol Federasiyası keçidə icazə verməmişdi. Bununla bağlı ali futbol qurumuna müraciət edən Kataloniya klubu istəyinə çatıb.
Qeyd edək ki, Roke icarə əsasında "Betis"də çıxış edir. Klublar arasındakı icarə müqaviləsi fevralın 28-də bitəcək. Viktorun "Palmeyras"a keçidindən "Barselona" 25 milyon avro qazanacaq.
İdman.biz